XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2019 - 13:31

Gürcüstan Azərbaycandan 146 min tona yaxın yanacaq idxal edib –Neft Məhsulları İdxalçıları Birliyi

Gürcüstan bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 145,7 min ton yanacaq idxal edib.

Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib.

Hesabat dövründə qonşu ölkənin tədarük etdiyi avtomobil yanacağının 14,7%-i Azərbaycanın payına düşüb.

Bu ilin ilk 11 ayı ərzində Gürcüstan, ümumilikdə, 992,6 min ton yanacaq idxal edib ki, bu da illik müqayisədə 1,6 min ton və ya 0,2% çoxdur.

İdxal olunmuş neft məhsullarının 501,9 min tonu benzin, 490,7 min tonu isə dizel yanacağı olub. Hesabat dövründə Gürcüstan ən çox Rusiyadan benzin və dizel yanacağı (297,6 min ton) idxal edib. Qonşu ölkə həmçinin Rumıniya (276,6 min ton), Türkmənistan (111,1 min ton), Bolqarıstan (85,5 min ton), Yunanıstan (55,3 min ton), Türkiyə (19,3 min ton) və digər ölkələrdən də yanacaq alıb. (report)