XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

16 Dekabr 2019 - 22:39

Azərbaycan xam neft ixracını 7% artırıb –DGK

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 29,13 milyon ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına əsasən, bu məhsulların dəyəri 14,006 milyard ABŞ dolları təşkil edib.

11 ay ərzində ixrac edilmiş xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çox, dəyəri isə 4,2% az olub.

Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 76,5% təşkil edib.