XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2019 - 20:57

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 22% azalıb –Dövlət Gömrük Komitəsi 

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 30,688 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur.

11 aylıq xarici ticarət dövriyyəsinin 18,303 milyard dolları ixracın, 12,385 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,15%, idxal isə 20,3% artıb.

Son nəticədə xarici ticarətdə 5,919 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 22,35% azdır.