Azərbaycan bu ilin yanvar-noyabr aylarında 849 199 ton həcmində neft məhsulları ixrac edib.
Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, bu həcmdə neft məhsullarının dəyəri 401 992 min ABŞ dolları təşkil edib.
Bu ilin 11 ayında ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 9,05%, dəyəri isə 16,4% azdır.
Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,2% olub.