Azərbaycan bu ilin yanvar-noyabr aylarında 10,465 milyard kubmetr həcmində təbii qaz ixrac edib.
Dövlət Gömrük Komitəsinin (DGK) verdiyi xəbərə görə, bu həcmdə təbii qazın dəyəri 2 078,693 milyon ABŞ dolları təşkil edib.
11 ay ərzində ixrac edilmiş “mavi yanacağ”ın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 62,2%, dəyəri isə 65,5% çox olub.
Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 11,4% olub.