XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

16 Dekabr 2019 - 23:18

Azərbaycan neftinin qiyməti dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 70,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 67,69 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel çoxdur.