Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, dekabrın 16-da qızılın qiyməti dekabrın 13-ü ilə müqayisədə 13,2515 manat artaraq 1 unsiya üçün 2507,789 manat təşkil edib.
Gümüş 0,1225 manat bahalaşaraq 1 unsiya üçün 28,8487 manata bərabər olub.
Platinin qiyməti 0,5185 manat artaraq 1584,74 manat, palladiumun qiyməti 33,7025 manat azalaraq 3303,185 manat təşkil edib.
Ad | 16.12.2019 | 13.12.2019 | |
Qızıl | XAU | 2507,789 | 2494,5375 |
Gümüş
|
XAG | 28,8487 | 28,7262 |
Platin | XPT | 1584,74 | 1584,2215 |
Palladium | XPD | 3303,185 | 3336,8875 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.