Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 5 334,4 ton yaxın tütün ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən tütünün dəyəri 11,07 mln. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 23,6% artıb.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan 3 644,3 ton tütün ixrac edib, bu da 2017 il ilə müqayisədə 8,7% azalma deməkdir.