Azərbaycan Mərkəzi Bankı dolların qarşıdakı 4 gün üçün rəsmi məzənnəsini açıqlayıb.
Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki, dekabrın 24-ü də daxil olmaqla dolların rəsmi kursu 1,7000 manat müəyyən edilib.
Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,7000 manata bərabər olub.
Xatırladaq ki, dekabrın 23-ü ölkədə bələdiyyə seçkiləri keçiriləcəyindən həmin gün qeyri-iş günü olacaq. Ona görə də, Mərkəzi Bank həftənin 2-cü günü üçün də dolların rəsmi məzənnəsini elan edib.