XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2019 - 12:26

Azərbaycanın xarici ticarət dövriyyəsində özəl sektorun payı artıb –Dövlət Gömrük Komitəsi

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın özəl sektoru tərəfindən 14 678 689 min ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə özəl sektor üzrə xarici ticarət dövriyyəsi 15,6% artıb.

Ticarət əməliyyatlarının 7 482 990 min dolları idxal, 7 195 699 min dolları isə ixrac əməliyyatları əhatə edib. Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə idxal əməliyyatlarının dəyəri 2,3%, ixrac əməliyyatları isə 33,7% artıb.

Bu müddətdə özəl sektor üzrə xarici ticarətdə 287 292 min dollar dəyərində mənfi saldo yaranıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,7 dəfə çoxdur.

Hesabata əsasən, ölkənin cəmi xarici ticarət dövriyyəsinin 47,8%-ni (ötən ilin müvafiq dövründə 45%) özəl sektor təşkil edib.