XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2019 - 12:07

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfə artırıb –Milli Statistika Xidməti

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 19 988 ədəd avtomobil idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 192 ədəd və yaxud, təxminən, 2 dəfə çoxdur.

On bir ay ərzində Gürcüstandan Azərbaycana gətirilmiş avtomobillərin dəyəri 213,638 milyon ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 38,1% çoxdur. (Report)