XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

23 Dekabr 2019 - 16:46

“Xarici dövlət borcumuzun ÜDM-ə nisbəti 17%-dir” –Samir Şərifov

“Ölkə prezidentinin təsdiq etdiyi Azərbaycanın xarici dövlət borcunun uzunmüddətli idarə edilməsinə dair strategiyaya uyğun olaraq Maliyyə Nazirliyi bir sıra tədbirlər həyata keçirir”. 

Bunu jurnalistlərə açıqlamasında nazir Samir Şərifov deyib.

“Son nəticədə hazırda Azərbaycanın xarici dövlət borcunun onun ümumi daxili məhsuluna (ÜDM) nisbəti 17%-dir. Amma burada xarici valyutada dövlət zəmanəti ilə digər qurumların götürdüyü borc üzrə müəyyən şərti öhdəliklər nəzərə alınmır. Əgər nəzərə alınsa borc-ÜDM nisbəti 19%-dən aşağıdır. Hesab edirəm ki, qarşımıza qoyduğumuz məqsədlərə ardıcıl sürətdə nail olmaq iqtidarındayıq”, – deyə nazir qeyd edib. (report)