XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2019 - 14:36

Şahin Mustafayev:"Samur körpüsü beynəlxalq layihələrin həyata keçirilməsi üçün daha geniş imkanlar yaradır"

“Azərbaycan və Rusiya arasındakı sərhəddə, Samur çayı üzərində yerləşən körpünün açılışı iki ölkə arasında olan dostluq və qonşuluq rəmzidir”.

Bunu Baş Nazirin müavini Şahin Mustafayev Samur çayın üzərində körpünün açılışı zamanı bildirib.

Onun sözlərinə görə, bu körpü nəinki Samur çayının iki sahilini birləşdirir, bu, bizim millətləri və xalqları birləşdirir: “Beynəlxalq layihələrin həyata keçirilməsi üçün daha geniş imkanlar yaradır. Azərbaycan və Rusiyanı strateji əlaqələr birləşdirir”.

Ş.Mustafayev deyib ki, bu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər edib və iki ölkə başçısının görüşləri baş tutub: “Bu görüşlərdə də iki ölkə arasında iqtisadi və siyasi inkişaf dinamikasi yüksək dəyərləndirilib. İki tərəfli əməkdaşlığın bir sıra sahələri müzakirə edilib”.

Baş Nazirin müavini əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın da burada böyük rol oynayıb.

O bildirib ki, bu körpü sərhədyanı regionlarında yaşayan insanın əlaqələrin daha da sıx edəcək: “Bu körpü ticarət əməliyyatlarının genişlənməsinə imkan yaradacaq. İki ölkə arasında stabil ticarət əməliyyatlarının artımı qeydə alınıb. On ay ərzində Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 23% artıb. Gömrük sadələşdirilməsi və “Yaşıl dəhıiz” sisteminin işə salınması ticarət dövriyyəsini daha da genişləndirəcək”.

Ş.Mustafayev vurğulayıb ki, bu ilin 10 ayında Şimal-Cənub marşrutu üzrə yüklərin daşınması 60%, Şimal-Qərb marşrutu üzrə isə yükdaşımaların həcmi 53% artıb.

Report