XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

24 Dekabr 2019 - 15:35

“Buğda əkənlərə hər hektara 200, pambıq əkənlərə isə 220 manat subsidiya veriləcək” –İnam Kərimov

“Ötən il həyata keçirilən islahatlardan biri də yeni subsidiya sisteminin təşkil edilməsi olub”.

Bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

Onun sözlərinə görə, subsidiya sistemi yenidən təşkil edilib.

“Bu sistemin əsas xüsusiyyəti odur ki, hər bir əkin sahəsinə görə baza məbləği müəyyən edilib. Əmsallar bir hektar əkin sahəsinə görə müəyyənləşdirilmiş baza məbləği olan 200 manata tətbiq edilib. Baza məbləği əsasında Aqrar Subsidiya Şurası hər bir bitkinin ərzaq təhlükəsizliyi, məşğulluq, ixrac potensialı baxımından vacibliyini nəzərə alaraq, əmsallar müəyyən edib. Məsələn, taxılçılıqda 1 hektar üçün 1 əmsal, yəni 200 manat, pambıqçılıqda 1,1 əmsal, yəni 220 manat müəyyən edilib.

Yeri gəlmişkən, pambıqçılıqda həm əkinə, həm də məhsula görə subsidiya verilir. Ən yüksək, yəni 4 əmsal meyvə bağlarının salınmasına görə verilib. Yəni intensiv meyvə bağlarına görə 800 manat subsidiya müəyyənləşib. Bunun da əsas məqsədi meyvəçiliyin inkişaf etdirilməsidir. O cümlədən üzümçülüklə bağlı 3 əmsal, yəni 600 manat müəyyən edilib”, – deyə nazir bildirib/APA