XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2019 - 18:16

Süd və süd məhsulları istehsal edən müəssisə qapadıldı –Beyləqanda + FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan müraciət əsasında Beyləqan rayonu Aşağı Çəmənli kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Alıyev Rizvan Arzuman oğluna məxsus süd və süd məhsulları istehsal edən müəssisədə yoxlama keçiriblər.

Agentlikdən Strateq.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə istehsal olunan məhsulların yağlılığını süni şəkilə artırmaq üçün bitki tərkibli “Sun 23” və “Sania” əmtəə nişanlı marqarin yağından istifadə olunduğu aşkarlanıb.

Məhsulların heç bir laborator analizinin aparılmadığı və müşahidəedici sənədlərin alınmadığı, istehsal zamanı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. Eyni zamanda məhsul qablaşdırılarkən etiketlənməsi vacib olan məlumatlıardan istifadə edilmədiyi aşkarlanıb.

Yoxlama zamanı məlum olub ki, pendir və yağ istehsalı olan hissədə istehsal yeri texniki sənədlərin tələblərini əks etdirmir. Aşkarlanan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.