Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, dekabrın 25-də qızılın qiyməti dekabrın 24-ü ilə müqayisədə 17,731 manat artaraq 1 unsiya üçün 2548,997 manat təşkil edib.
Gümüş 0,3692 manat bahalaşaraq 1 unsiya üçün 30,2031 manata bərabər olub.
Platinin qiyməti 16,3285 manat artaraq 1604,0435 manat, palladiumun qiyməti 24,973 manat artaraq 3206,5995 manat təşkil edib.
Ad | 25.12.2019 | 24.12.2019 | |
Qızıl | XAU | 2548,997 | 2531,266 |
Gümüş | XAG | 30,2031 | 29,8339 |
Platin | XPT | 1604,0435 | 1587,715 |
Palladium | XPD | 3206,5995 | 3181,6265 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.