XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 December 2019 - 23:07

Azərbaycan neftinin qiyməti dəyişmədi –Dünya bazarında

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 25-də 68,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 68,63 dollar/barel olub ki, bu da əvvəlki göstərici ilə eynidir.