XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

27 Dekabr 2019 - 17:46

Vergilər Nazirliyi dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edib –Sahib Ələkbərov

Bu ilin yanvar-noyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edilib.

Bu barədə Vergilər Nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, bu il 103 mindən çox vergi ödəyicisi qeydiyyata alınıb. Ümumilikdə, vergi ödəyicilərinin sayı 1,055 mln. nəfər təşkil edib.

Onun sözlərinə görə, son 4 ayda kənd təsərrüfatı sahəsində uçota alınma ilə bağlı xeyli irəliləyiş olub: “Bu müddətdə 75 minə yaxın vergi uçotunun qeydiyyata alınması öz həllini tapıb. Bu da nəticə etibarilə vergi daxilolmalarının artmasına öz təsirini göstərəcək”. (apa)