XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

27 Dekabr 2019 - 16:51

“Vergi yığımından vergi ödənilməsinə keçmişik” –Nazir müavini

“Azərbaycanda səyyar vergi yoxlamalarının sayı kəskin azalıb”.

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

“2018-ci ildə 1 532 səyyar vergi yoxlaması aparılmışdı. Əvvəlki illərdə isə bu rəqəm minlərlə olub. Bu ilin 11 ayında isə cəmi 776 səyyar vergi yoxlaması aparılıb”, – o qeyd edib.

“Biz vergi yığımından vergi ödənilməsinə keçmişik. Bu ildən tətbiq olunan yeni vergi siyasətini uğurlu hesab etmək olar. Əlverişli rəqabət mühitinin yaradılması, “kölgə iqtisadiyyatı”nın minimuma endirilməsi, uçotun dürüstləşdirilməsi əsas çağırışlarımız olub. Bu sahələrdə ciddi nailiyyətlər əldə edilib. Əvvəllər nəzarət tədbirləri vergi inzibatçılığında mühüm yer tuturdu. Artıq burada azalma var və bunu rəqəmlər də göstərir”, – S.Ələkbərov əlavə edib. (report)