XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2019 - 17:05

Erkan Özoral:"Türkiyəli iş adamları Ağdama sərmayə qoyacaq"

“Türkiyəli iş adamları Ağdama sərmayə qoyacaq”.

Bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Ağdama səfəri zamanı deyib. Səfirin sözlərinə görə, türkiyəli iş adamları yaxın zamanda Ağdama səfər edəcəklər: “Mənim burda olmağımın əsas səbəblərindən biri də budur. Tükiyəli iş adamlarının yeni layihələri var. Onlar burada sənaye bölgəsi yaradacaqlar. İşlər ən qısa zamanda reallaşacaq, bu da Ağdamın iqtisadi həyatına bir hədiyyə olacaq”.

Qeyd edək ki, Erkan Özoral 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Türkiyə İş Adamları Brliyi (ATİB), Müdafiə Nazirliyi və Ağdam rayon İcra hakimiyyətinin birgə təşkil etdiyi bayram şənliyində iştirak etmək üçün Ağdama səfər edib/APA.