XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

29 Dekabr 2019 - 11:12

Azərbaycan ət idxalını azaldıb –Dövlət Gömrük Komitəsi

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 111,45 min ABŞ dolları dəyərində diri heyvan ixrac edilib.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, diri heyvan ixracı ötən ilin eyni dövr ilə müqayisədə 3,5 dəfə azalıb. Bu müddətdə ölkəyə eyni adla məhsul idxalı isə illik 1,6% azalaraq 52 750,47 min ABŞ dolları təşkil edib. Bu, cəmi idxalın 0,43%-i deməkdir.

Həmçinin hesabat dövründə ölkədən 612,81 min ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixrac edilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ixracda 1,7 dəfə azalma qeydə alınıb.

Bununla yanaşı, hesabat dövründə illik müqayisədə 12,6% çox – 71 662,63 min ABŞ dolları dəyərində idxal reallaşdırılıb ki, bu da cəmi idxalın 0,58%-ni təşkil edib.