XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

29 Dekabr 2019 - 23:12

Quş və heyvan ətinin satışı 4 il müddətinə ƏDV-dən azaddır

2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsində ediləcək dəyişikliyə əsasən, quş ətinin satışı 4 il müddətinə ƏDV-dən azad olunacaq.

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, quş ətinin satışı ilə yanaşı, heyvan ətinin satışı da 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək.

Kəsilmiş və dondurulmuş heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinin təqdim edilməsinə ƏDV-dən azadolma şamil olunmur(azərtac).