XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 December 2019 - 11:27

Azərbaycanın valyuta ehtiyatları 51 mlrd. dollara yaxınlaşıb –Mərkəzi Bank

Profisitli tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 13,7% artaraq 50,9 mlrd. ABŞ dollarına çatıb ki, bu da ÜDM-i üstələyir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir. 

Cari ildə tarixdə ilk dəfə Dövlət Neft Fondunun aktivləri 40 mlrd. dolları ötüb. Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu ilin ötən dövründə 11% artaraq 6,2 mlrd. dolları üstələyib.

Ölkənin beynəlxalq investisiya mövqeyi üzrə aktivləri (111 mlrd. dollar) öhdəlikləri (54 mlrd. dollar) 2 dəfədən çox üstələyir. Bu Azərbaycanın yüksək beynəlxalq ödəmə qabiliyyətini və kreditor rolunda çıxış etdiyini göstərir.