XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2020 - 13:16

Kredit kartları ilə əməliyyatların həcmi 20% azalıb –AMB

2019-cu ilin yanvar-noyabr ayları ərzində dövriyyədə olan kredit kartları ilə 1426 mln. manat həcmində əməliyyat həyata keçirilib. 

Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, əməliyyatların həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 20% azalıb.

Bildirək ki, bu əməliyyatların 216 mln. manatı ölkə xaricində həyata keçirilib. Beləliklə, kredit kartları ilə ölkə xaricində həyata keçirilən əməliyyatların həcmində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 39% azalma qeydə alınıb.

AMB-nin hesabatına əsasən, kredit kartları ilə aparılan əməliyyatların 147 mln. manatı 2019-cu ilin noyabr ayı ərzində həyata keçirilib.

Qeyd edək ki, 2019-cu il dekabrın 1-nə əsasən dövriyyədə olan kredit kartlarının sayı illik 10% azalaraq 2019-cu il dekabrın 1-nə 751 min təşkil edib.