XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 January 2020 - 21:39

Real sektora kredit qoyuluşu bir ildə 20%-dən çox artıb –Mərkəzi Bank

Ötən ilin dekabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşunun ümumi həcmi 15 116,4 mln manat olub.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, noyabrın 1-i ilə müqayisədə 4,6% çoxdur.

İlin əvvəlinə nisbətən real sektora kredit qoyuluşu 16,1%, son 1 ildə isə 20,3% artıb.

Qeyd edək ki, hesabat dövründə sahələr üzrə ən çox kredit qoyuluşu ev təsərrüfatlarına (6 814,6 mln manat), ticarət və xidmət sektoruna (2 339,5 mln manat) və daşınmaz əmlakın tikintisi və alınmasına (1 971,5 mln manat) ayrılıb.