XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2020 - 13:42

Əhalinin banklardakı əmanətləri artıb –AMB

2019-cu il noyabrın sonuna Azərbaycanda əhalinin bank əmanətlərinin ümumi həcmi 8.682 milyard manat olub. Bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 609 milyon manat və ya 7.01 faiz çoxdur.

Azərbaycan Mərkəzi Bankının statistik hesabatına əsasən, noyabr ayının sonunda ölkədə bütün bank əmanətlərinin 9,6 faizi Azərbaycanın bölgələrinin payına düşüb.

Hesabat dövrü ərzində regionlarda əmanətlərin 81,2 faizini (702 milyon manat) milli valyutada olan əmanətlər təşkil edib.

2019-cu ilin noyabr ayının sonuna olan vəziyyətə görə, Bakıdakı əmanətlərin həcmi 7.847 milyard manat olub. Onun 3.286 milyardı milli valyutada qoyulub.

2019-cu ilin noyabr ayında ölkədə orta illik depozit əmsalı 3,7, Bakıda 3,6 faiz olub.

Azərbaycanın regionları üzrə bank əmanətləri (2019-cu il noyabr ayının sonuna):

İqtisadi rayonlar Əmanətlərin həcmi (min manatla) Orta faiz dərəcəsi (%)
Abşeron 254,831 5,6
Aran 153,026 4,0
Dağlıq Şirvan 19,784 4,4
Gəncə-Qazax 173,542 5,2
Quba-Xaçmaz 56,930 5,5
Lənkəran 69,451 5,4
Şəki-Zaqatala 53,594 3,7
Yuxarı Qarabağ 12,079 3,5
Kəlbəcər-Laçın 0,0 0,0
Naxçıvan 40,790 2,2