XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2020 - 14:15

Azərbaycanda ödәniş kartlarının sayı artıb –AMB

Azərbaycanda ödәniş kartlarının sayı artıb.

Mərkəzi Bankın məlumatına görə, ödәniş kartlarının sayı 7.5 milyon, bankomatların sayı 2.6 min әdәdә, POS-terminalların sayı 65.2 min әdәdә çatıb.

Ödәniş kartlarının 18.1%-i tәmassız kartlardır. Ötәn illә müqayisәdә bankomatların sayı 2.2%, tәmassız POS-terminallar 35% artıb. Ödәniş kartları ilә bütün vasitәlәrlә aparılan nağdsız ödәnişlәrin hәcmi 57%, o cümlәdәn elektron ticarәt әmәliyyatlarının hәcmi 93% artıb.

Ölkә daxilindә kartlarla aparılan nağdsız ödәnişlәrin xüsusi çәkisi son beş ildә 8%-dәn hal-hazırda 20%-ә kimi yüksәlib.