XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2020 - 23:40

İranlı ekspert:"Xam neftin qiyməti 80 dollara qədər bahalaşa bilər"

“Xam neftin qiyməti 80 dollara qədər bahalaşa bilər”.

Bunu enerji məsələləri üzrə iranlı ekspert Behruz Namdari deyib.

B.Namdari bildirib ki, İran və ABŞ arasında söz qalmaqalı müharibəyə çevrilərsə, bu, regionun bütün neft satışına təsir göstərəcək.

İraqın bazara neft satışının vəziyyətinə münasibət bildirən iranlı ekspert deyib ki, neft obyektlərində hasilat üzrə operatorluq iraqlılar tərəfindən idarə olunarsa, bu ölkənin hasilatında problem yaranmayacaq və hasilat davam edəcək: “Lakin həmin obyektlərdə operatorluq qeyri-iraqlı tərəfindən idarə olunarsa, o zaman vəziyyət dəyişəcək, İran və ABŞ arasında gərginliyin təsiri altına düşəcək”.

Son günlərdə amerikalı işçilərin İraqın neft yataqlarını tərk etdiklərini xatırladan Namdari deyib ki, gərginliklər müharibə ilə nəticələnərsə, neft yataqları ciddi şəkildə zədələnə və ya Fars körfəzində neftin ixracı yolları bağlana bilər: “Belə olan halda, təkcə İraq deyil, bütün regionun neft ixracı problemlə üzləşəcək”.