XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2020 - 18:14

“”Türk axını” vasitəsi ilə tədarük ediləcək qaz Avropanın enerji təhlükəsizliyini təmin edəcək”- Putin

Rusiya qazının “Türk axını” vasitəsi ilə tədarükü Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına kömək edəcək.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin İstanbulda keçirilən “Türk axını” qaz kəmərinin açılış mərasimində çıxışında bildirib.

“Rusiya qazının “Türk axını” vasitəsi ilə tədarükü şübhəsiz təkcə Türkiyə və Qara dəniz regionunun iqtisadiyyatı üçün deyil, bir çox cənubi Avropa ölkəsinin inkişafına müsbət təsir göstərəcək, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin güclənməsinə kömək edəcək”, – deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, bu gün İstanbulda “Türk axını” qaz kəmərinin rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla yanaşı, Serbiya Prezidenti və Bolqarıstanın Baş Naziri də iştirak ediblər.