XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2020 - 16:59

Elman Rüstəmov:"Cari ildə də manatın sabitliyi AMB-nin diqqət mərkəzində olacaq"

“Cari ildə də manatın sabitliyi, onun tənzimlənməsi Azərbaycan Mərkəzi Bankının (AMB) diqqət mərkəzində olacaq”.

Bunu AMB-nin sədri Elman Rüstəmov sahibkarlarla görüşü zamanı deyib.

“2020-ci ildə sabitlik olacaq. Makroiqtisadi sabitliyi qorumaq əsas vəzifələrimizdəndir. İnflyasiya hədəfi dəyişmir. Biz çalışacağıq, inflyasiyanı 4% ətrafında lövbərləşdirə bilək. Bildirək ki, bu, son 3 ilin inflyasiya səviyyəsidir. Bu da əhalinin real gəlirlərinin artmasına imkan verəcək”, – deyə E. Rüstəmov qeyd edib.