XƏBƏR LENTİ

14 İyul 2020

Digər Xəbərlər

14 Yanvar 2020 - 16:44

Belarus Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə təklif göndərib –"Neft tədarükü üçün alternativ variantlar tapacağıq”

Belarus Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə neft alışı üçün təklif göndərib.

TASS-ın verdiyi xəbərə görə, bu barədə baş nazirin birinci müavini Dmitri Krutoy ölkə prezidenti ilə görüşdən sonra bildirib: “Hökumət alternativ neft tədarükü üçün sxem hazırlamağa davam edir, bütün mümkün variantları öyrənir. Biz müvafiq kommersiya təkliflərini göndərmişik. Zavodlarımızın bütün kommersiya xidmətləri, Belarus Neft Şirkəti demək olar ki, hər gün danışıqlar aparır. Düşünürəm ki, burada da tezliklə konkret neft tədarükü üçün alternativ variantlar tapacağıq”.

Onun sözlərinə görə, Azərbaycan, Ukrayna, Polşa, Qazaxıstan və Baltikyanı ölkələrə təkliflər göndərilib: “Biz indi bu məsələ ilə məşğuluq”.

D. Krutoy həmçinin bildirib ki, Belarus Rusiya şirkətlərinə əvvəlki həcmdə neft üçün əlavə ödəniş etməyi iqtisadi cəhətdən səmərəli hesab etmir/Report.