XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2020 - 22:43

Moskvada “MDB+DÜNYA” Beynəlxalq İqtisadi Forumu keçiriləcək​​​​​​​ –Bu tarixdə

Martın 13-də Moskvada, Beynəlxalq Ticarət Mərkəzində MDB İcraiyyə Komitəsinin dəstəyi ilə Birliyin iştirakçısı olan dövlətlərin “MDB+DÜNYA” Beynəlxalq İqtisadi Forumu keçiriləcək.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə hökumət başçılarının müavinləri, MDB ölkələrinin nazirləri, MDB İcraiyyə Komitəsinin, Avrasiya İqtisadi Komissiyasının rəhbərləri, dövlət və icraiyyə hakimiyyətinin, sahə və bank birliklərinin nümayəndələri, yaxın və uzaq ölkələrin turizm sənayesi ittifaqları və assosiasiyalarının, IT strukturlarının sahibkarları, kütləvi informasiya vasitələrinin nümayəndələri, xarici qonaqlar və tərəfdaşlar iştirak edəcəklər.

Forumun məqsədi MDB ölkələrinin strateji iqtisadi əməkdaşlığını bundan sonra da inkişaf etdirmək, sabitliyi möhkəmləndirmək, qlobal dünya və tərəqqi naminə çoxtərəfli konstruktiv dialoqu durmadan genişləndirməkdir.

Forum çərçivəsində “MDB+DÜNYA 2020” Beynəlxalq Turizm Konqresi keçiriləcək. Konqres çərçivəsində beynəlxalq turizm sahəsində qarşılıqlı fəaliyyətin yeni innovativ potensialı nümayiş etdiriləcək. Burada iştirakçılar özləri üçün MDB İqtisadi İnkişaf İşgüzar Mərkəzinin Turizm Komitəsi tərəfindən işlənib hazırlanmış “MDB+DÜNYA” beynəlxalq proqramının yeni iqtisadi, sosial və ekspert imkanlarını kəşf edə biləcəklər/Azərtac.