XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2020 - 19:56

Şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək –Hökumətdən daha bir qərar

Azərbaycanda şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək. 

Bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nında əksini tapıb.

Tədbirlər Planına əsasən, Mərkəzi Bank 2020-ci ilin iyul ayınadək bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlər görməlidir.

Eyni zamanda Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyinə 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb/APA.