2019-cu ilin dekabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 402,28 milyon manat köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
DGK-nın verdiyi məlumata görə, 2019-cu ilin dekabr ayında gömrük rüsumları 110,653 milyon manat və ya bütöv ödəmələrin 27,5 faizini, ƏDV – 269 milyon manat (66,9 faiz), aksiz vergiləri – 18.78 milyon manat (4.6 faiz), yol vergisi – 3.855 milyon manat (bir faizdən az) təşkil ediblər.
Ötən ilin dekabr ayı ilə müqayisədə bu ay gömrük rüsumlarından daxilolmalar iki dəfə, ƏDV-dən 2,3 dəfə, yol vergisindən isə 5,9 faiz artıb.
Aksiz vergilərindən ödəmələr 20,6 faiz azalıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə ödəmələr dörd istiqamətdən formalaşır – gömrük rüsumları, əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi və yol vergisi.