XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2020 - 11:29

Azərbaycan ötən il meyvə-tərəvəz ixracından gəlirini 8% artırıb –Dövlət Gömrük Komitəsi

2019-cu ildə Azərbaycan 605,816 milyon ABŞ dolları dəyərində 628,51 min ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, 2018-ci illə müqayisədə müvafiq olaraq 46,188 milyon dollar (8,25%) və 7,481 min ton (1,2%) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 3,1%-ni təşkil edib.

Belə ki, 2019-cu ildə Azərbaycan xarici ölkələrə 174548 min ton tomat ixrac edib. İxrac edilən tomatın ümumi dəyəri 189,292 milyon dollar təşkil edib. Tomat ixracı Azərbaycanın ümumi ixracının 1%-ni təşkil edib.

Ötən il ərzində Azərbaycan 22,639 min ton meşə fındığı da ixrac edib. Bu növ məhsulun ixracından əldə edilən gəlir isə 125,621 min dollar olub. Meşə fındığı ixracı ölkəmizin ümumi ixracının 0,6%-ni təşkil edib.

Həmçinin ötən il ərzində Azərbaycan alma ixracından 40,986 milyon dollar gəlir əldə edib. Azərbaycan almasının ixracın həcmi isə 96,892 min ton olub ki, bu da ümumi ixracda 0,2% pay deməkdir.

Bundan başqa, 2019-cu il ərzində Azərbaycan 146,076 min ton xurma ixrac edib. Bu növ məhsulun ixracından ölkəmiz 104,660 milyon dollar vəsait əldə edib. Xurma ixracı ölkənin ümumi ixracında 0,5% paya malik olub.