XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2020 - 18:38

Ötən il Azərbaycan Türkiyəyə ixracını 32% artırıb –Dövlət Gömrük Komitəsi

2019-cu il ərzində Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 4 509 496,04 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu, 2018-ci ilin göstəriciləri ilə müqayisədə 1 106 649,95 min dollar və ya 32,52% çoxdur.

2019-cu ildə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 13,54%-ə bərabər olub.

2019-cu il ərzində Azərbaycanın Türkiyəyə icracının həcmi 2 862 694,58 min dollar təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1 036 713,1 min dollar və ya 56,78% çoxdur.

Hesabat dövründə Azərbaycanın Türkiyədən idxalı isə 1 646 801,46 dollar təşkil edib ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 69 936,85 min dollar və ya 4,43% çoxdur.

2019-cu ildə Azərbaycanın qardaş ölkənin ixracdakı payı ümumi ixracın 12,58%-nə, idxaldakı payı isə ümumi idxalın 12,05%-nə bərabərdir.