Belarus Rusiyadan kənarda bazar qiymətləri ilə neft almaq və neft məhsullarının satışının rentabelliyini təhlil etmək niyyətindədir.
Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Təcrübədə bunun nə ilə nəticələnəcəyini də görməliyik. Beləliklə, Şərqdəki qardaşlar bunun çox bahalı olacağı ilə qorxudurlar. Biz də hesablama aparmadan, bunu sınamadan, düşünürük ki, bacaracağıq. Bunun üçün də belə bir qərar qəbul edildi ki, Azərbaycan, Səudiyyə Ərəbistanı, Norveç, Amerika, vacib deyil hara nefti olur-olsun, bazar qiymətinə almalıyıq”,– deyə A. Lukaşenko bu gün keçirilən hökumətin iclasında bildirib/Report.