XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2020 - 09:49

Rövnəq Abdullayev Zelenski ilə görüşdü –SOCAR Ukraynada yeni layihələr həyata keçirəcək

Davosda Ukrayna Prezidenti Vladimir Zelenski və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Bu barədə “Report” Ukrayna hökumət başçısının saytına istinadən xəbər verir.

V. Zelenski və R. Abdullayev Ukraynanın infrastruktur layihələrinə, müəssisələrə, eləcə də ölkənin qaz nəql güclərinə sərmayə qoymağın əhəmiyyətini qeyd ediblər.

V. Zelenski ötən ilin dekabrında baş tutmuş Azərbaycana səfərini xatırlayıb. Ukrayna prezidentinin sözlərinə görə, bu səfər çox məhsuldar olub.

“Hesab edirəm ki, bu səfər ölkələrimiz arasındakı münasibətləri yeni bir səviyyəyə qaldırdı”,– Zelenski vurğulayıb.

Görüşdə, həmçinin Ukrayna dövlət başçısının Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmalar əsasında SOCAR-la yeni layihələrin həyata keçirilməsi müzakirə edilib.