XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

23 Yanvar 2020 - 15:17

ARDNF bu il AÇG-dən 5,4 milyard dollara yaxın mənfəət əldə edəcək –Proqnoz

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcə layihəsində Fonda mədaxil olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazdan, 5 382,15 mln. ABŞ dolları “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından gələcək.

Hesablama Palatasının ARDNF-in 2020-ci ilin büdcəsi üzrə verdiyi rəydə bildirilir ki, “Şahdəniz” yatağından 709,15 mln. dollar, “Kürsəngi” və “Qarabağlı” yataqlarından 1,7 mln. dollar, “Suraxanı” və “Qaraçuxur” yataqlarından 2,7 mln. dollar, “Zığ-Hövsan” yatağından 2,2 mln. dollar, “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarından 0,07 mln. dollar, “Neftçala” və “Xıllı” yataqlarından 1,1 mln. dollar, “Mişovdağ” və “Kəlaməddin” yataqlarından 0,6 mln. dollar, “Kürovdağ” yatağından 4,45 mln. dollar, “Balaxanı-Sabunçu-Ramana” və “Kürdəxanı” yatağından 11,16 mln. dollar, “Binəqədi” blokundan daxil olan yataqlardan 6,7 mln. dollar və “Qum-Dəniz” və “Bahar” yataqlarından 0,014 mln. dollar mənfəət əldə edəcəyi gözlənilir/APA.