XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

23 Yanvar 2020 - 21:00

Tramp vergi yükünün azaldılmasını tapşırdı:"Bu vergi ixtisarları orta təbəqəni əhatə edəcək"

ABŞ hökuməti dövlət məsrəflərinin artımını ləngitməklə yanaşı, orta gəlirli təbəqələrin vergi yükünü azaltmaqla bağlı mövcud imkanları araşdırmağa başlayıb.

CNBS xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunda iştirak edən ölkənin maliyyə naziri Steven Mnuçin müsahibəsində bildirib.

“Prezident Donald Tramp vergi ixtisarlarının ikinci mərhələsi dediyimiz məsələ ilə məşğul olmağımızı tapşırıb. Bu vergi ixtisarları orta təbəqəni əhatə edəcək, həmçinin iqtisadi artımı təşviq etməyin başqa yollarını da nəzərdən keçiririk”, – Ağ Ev rəsmisi qeyd edib.

Prezident seçkilərinin keçiriləcəyi bu il vergilərin azaldıla biləcəyi barədə fikirlər ötən il 1 trilyon dollar həddini aşan büdcə kəsiri ilə üst-üstə düşür. Belə ki, ABŞ-ın məcmu dövlət borcu hazırda 23 trilyon dollar həddini keçib/Report.