XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

27 Yanvar 2020 - 10:36

TAP kəmərinin tikintisi yekunlaşmaq üzrədir

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşasına başlanılandan bəri işlərin 91%-i yekunlaşıb.

TAP konsorsiumundan verilən məlumata görə, bu, dekabrın sonunda qeydə alınan göstəricidir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur. (apa)