“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 2024-cü ilə qədər 20,2% artaraq 7,521 mlrd. ABŞ dollarına çatacağını proqnozlaşdırır.
“S&P” 2020-ci ildə AMB-nin valyuta ehtiyatlarının 6,525 mlrd. dollar, 2021-ci ildə – 6,992 mlrd. dollar, 2022-ci ildə isə 7,364 mlrd. dollara çatacağını proqnozlaşdırır. (apa)