XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

27 Yanvar 2020 - 17:16

Ceyhan terminalından indiyədək neftlə yüklənmiş 4 400-dən çox tanker yola salınıb –"BOTAS International Limited"

Türkiyənin “BOTAS International Limited” (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,38 mlrd. barelə yaxın neft yola salınıb.

Bu barədə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır.

Məlumata görə, hesabat dövründə terminaldan 4 406 tanker AÇG nefti ilə yüklənilib. Bu il (yanvarın 27-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 18,46 mln. barel neft və 25 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur. (apa)