XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

27 Yanvar 2020 - 19:57

Neftin qiyməti son 3 ayın minimumuna enib- Rəqəmlər

Dünya birjalarında “qara qızıl”ın qiyməti son 3 ayın minimum səviyyəsinə düşüb.

Azərtac xəbər verir ki, buna səbəb Çində yayılan koronavirusun tədarükün bol olduğu bir şəraitdə tələbata aşağı istiqamətli təsir edəcəyi ilə bağlı narahatlıqların artmasıdır.

Belə ki, investorlar virusun səyahətləri məhdudlaşdırmaqla yanacağa olan tələbatı əhəmiyyətli dərəcədə azaldacağından çəkinərək daha çox neft satırlar. Bu da bazarda tədarük bolluğu yaradır.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 59,22 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 52,93 dollara satılır.