OPEK ölkələri neft hasilatı ilə bağlı indiki kvotaların saxlanılması barədə həmfikirdilər. Bu barədə Küveytin neft naziri Əli əl-ömər bildirib. ZN.UA. agentliyinin məlumatına görə, Dohada konfransda çıxışı zamanı nazir bildirib ki, OPEK neftin qiymətini sabit saxlamağa çalışır. çünki, neftin qiymətinin “oynaması” həm istehsalçılara, həm də istehlakçılara mənfi təsir göstərir.
Əli əl-ömər qeyd edib ki, OPEK-ə daxil olmayan ölkələr də neft təchizatı və qiymətlərdə sabitliyin saxlanılmasında təşkilatla məsuliyyəti bölüşməlidirlər.
Xatırladaq ki, dünya neft hasilatının 40%-ni verən OPEK ötən ilin noyabr ayında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq hasilat həcmini azaltmaqdan imtina etmişdi.
OPEK-in növbəti toplantısı isə iyunun 5-də keçiriləcək.
Strateq.az