XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 10:04

ƏƏSMN:"Ünvanlı sosial yardımla bağlı hökumətə yeni layihə verilib"

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na dəyişikliklər layihələri hazırlanıb.

Strateq.az ƏƏSMN-ə istinadla bildirir nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qeyd olunub ki, artıq “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi hökumətə təqdim edilib.