XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2020 - 12:05

Neft 183 dollara qədər qalxacaq? – ABŞ-ın Energetika Nazirliyindən hesabat

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) ssenarilərindən birində “Brent” markalı neftin qiymətinin 2050-ci ilə qədər 183 dollara qədər qalxmasını göz önünə alıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə 2020-ci il üçün illik enerji proqnozunda (Annual Energy Outlook 2020) məlumat verilib.

“Yüksək neft qiymətləri ssenarisində “Brent” markalı neftin qiyməti dolların 2019-cu il üçün məzənnəsi ilə 2050-ci ilə qədər 183 dollar/barelə çatır”, – hesabatda bildirilir.

Baxılan digər iki ssenari daha aşağı qiymət deməkdir. Belə ki, baza ssenarisində “Brent” markalı neftin bir barreli 105 dollara, aşağı neft qiymətləri ssenarisində isə 46 dollara çatacağı gözlənilir. EIA qeyd edir ki, gələcəkdə neft qiymətləri dünya bazarlarının tarazlığından asılı olacaq/Report.