XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 19:15

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin vəzifələri artırılıb –Prezidentdən daha bir dəyişiklik

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin vəzifələri artırılıb.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) reallaşdırılması nəticəsində dəstək almış sahibkarlara dair məlumatların mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinə daxil edilməsini təşkil etmək və xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) sahibkarların inkişafına təsiri səviyyəsini öyrənərək, növbəti dövrlərdə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirəcəyi proqramların (layihələrin) istiqamətlərinə dair təkliflərin hazırlanmasını təmin etmək Agentliyin vəzifələri sırasına daxil edilib/APA.