Almaniyanın “Deutsche Bank”ı 2019-cu ili 5,6 milyard avro itki ilə başa vurub.
Bu barədə məlumat bankın rəsmi internet səhifəsində yerləşdirilmiş hesabatda əksini tapıb.
Bankda aparılan yenidənqurma işləri xərclərin ciddi şəkildə artmasına səbəb olub. Bununla yanaşı, faiz dərəcələrinin rekord səviyyədə aşağı düşməsi də 2019-cu ilin nəticələrinə təsirsiz ötüşməyib.
Bankın rəhbəri Kristian Sevinq bildirib ki, 2019-cu ilə aid nəticələrin mənfi olmasına baxmayaraq, yaranmış vəziyyəti ən qısa vaxtda düzəltmək mümkündür.
Qeyd edək ki, “Deutsche Bank” dünyanın 20 ən böyük bankından biridir və onun işçilərinin sayı 87 min nəfərdən çoxdur(azərtac).