XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2020 - 11:49

Türkiyə Azərbaycan qazının idxalını kəskin artırıb –Enerji Bazarı Tənzimləmə İdarəsi

Ötən ilin yanvar-noyabrında ayları ərzində Türkiyə Azərbaycandan 8,65 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da ötən 2018-ci ilin eyni dövrü ilə müqayisədə 28,3% çoxdur.

Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) verdiyi məlumata görə, Türkiyə ötən i 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 6,74 mlrd. kubmetrə yaxın qaz idxal edib.

Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Ötən lin yanvar-noyabr aylarında bu ölkədən Türkiyəyə təxminən 13,31 mlrd. kubmetr “mavi yanacaq” ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 6,88 mlrd. kubmetrdən çox qaz nəql edib.

Qeyd edək ki, ötən ilin 11 ayında Türkiyənin qaz idxalı 35,53 mlrd. kubmetrə yaxın təşkil edib. (apa)